Əl-Bağdadinin əmisi oğlu Mosulda tutuldu!

Əl-Bağdadinin əmisi oğlu Mosulda tutuldu!

Mosulda İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin əmisi oğlu saxlanılıb. Bu barədə "RİA Novosti" məlumat yayıb. Xəbərdə onun Mosulun Əl-Cusak rayonunda yaxalandığı bildirilir. Həmin ərazi bir müddət əvvəl terrorçulardan təmizlənib.

Qeyd edək ki, İraqın Mosul şəhəri 2014-cü il iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. İraq hərbçiləri Mosulun qərbinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatını davam etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə