Rusiya martda Ukraynada qeyri-stabillik yarada bilər. Axar.az xəbər verir ki, bunu Espresso TV-yə müsahibəsində Ukrayna Daxili İşlər nazirinin müşaviri Zoryan Şkiryak söyləyib.
"Rusiya iki il yarım ərzində Ukraynanın qeyri-stabilliyi üçün maksimum kobud addımlar atıb. Onun intensivliyi isə siyasi dövrdən asılı olur. Bizdə olan məlumatlara görə, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüş zamanı Ukraynadakı qeyri-stabilliyin növbəti mərhələsi kimi fevral və mart aylarını seçib", – deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB