ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə bağlı qalmaqallı xəbər yayılıb. Belə ki, B.Obama Donald Trampın Ağ evin başçısı postuna seçilməsindən öncə Nyu-Yorkda yerləşən "Trump Tower" göydələninin dinlənilməsini təşkil edib. Respublikaçı bu barədə özünün "Twitter" səhifəsində yazıb.
TASS informasiya agentliyinin xəbərində deyilir ki, Tramp bu hərəkətin öz alçaqlığına görə "Uoterqeyt qalmaqalına" bərabər olduğunu əlavə edib.
ABŞ-da 1972-ci ildə keçirilən prezident seçkiləri kampaniyası zamanı Demokrat Partiyasının həmin dövrdə "Watergate" yaşayış kompleksində yerləşən mərkəzi ofisində dinləmə qurğusu quraşdırmağa cəhd edən şəxslər həbs olunmuşdu. Bu siyasi qalmaqal 1974-cü ildə Birləşmiş Ştatların prezidenti Riçard Niksonun istefası ilə nəticələnmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB