Tramp hökuməti Obamanın məmurlarından “təmizlənəcək”

Tramp hökuməti Obamanın məmurlarından “təmizlənəcək”

"Müşavirləri prezident Donald Trampı hökuməti sabiq prezident Barak Obamanın təyin etdiyi şəxslərdən təmizləməyə inandırmağa çalışırlar". SİA xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Məlumata görə, müşavirlər Trampı ona daha çox sadiq olan insanları həmin vəzifələrə təyin etməyə çağırıblar. Prezidentin müşavirlərindən bəziləri hesab edirlər ki, Ağ Evdən xəbərlərin sızmasının arxasında Obamanın məmurları dayanır. Nəşr bu məsələnin Ağ Evdə artıq intensiv gündəmə gəldiyini və Obamanın təyin etdiyi şəxslərlə vidalaşmağın vaxtının çatdığını yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə