BMT açıqladı: Fevralda İraqda 392 sakin həlak olub

BMT açıqladı: Fevralda İraqda 392 sakin həlak olub

BMT-nin İraqdakı missiyası hesabat açıqlayıb. Məlumatda deyilir ki, 2017-ci ilin fevralında İraqda hərbi əməliyyatlar, terror aktları və digər zorakılıq halları nəticəsində 392 dinc sakin həlak olub.

Bundan əlavə, 613 nəfərin yaralandığı bildirilir. BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubiş İraqda mülki əhali arasında ölüm halları ilə bağlı narahatlığını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə