Çində ölən və yaralananlar var

Çində ölən və yaralananlar var

Çində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ən azı 10 nəfər ölüb, 38 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəza Çinin Yunnan əyalətində baş verib, sərnişinlə dolu avtobus sement daşıyan yük maşını ilə toqquşub. Doqquz nəfər hadisə yerində keçinib, bir nəfər isə xəstəxanaya gedərkən dünyasını dəyişib.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə