İtaliyada 20 xizəkçi qar uçqununa düşüb

İtaliyada 20 xizəkçi qar uçqununa düşüb

İtaliya Alplarında bir qrup xizəkçi qar uçqununa düşüb. La Repubblica qəzetinin məlumatına görə, təxminən 20 xizəkçi qar altında qalıb. Hadisə nəticəsində azı iki nəfərin həlak olduğu, çoxlu yaralının olduğu bildirilir.

Axtarış-xilasetmə əməliyyatlarına iki helikopter, xilasedicilər və həkimlər cəlb olunub.

İlkin məlumata əsasən, zərər çəkənlərin əksəriyyəti əcnəbilərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə