Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Petro Poroşenko arasında telefon danışığı olub. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, dövlət başçıları Donbasdakı vəziyyətlə fikir mübadiləsi aparıblar.
"Avdeevka şəhərində atəşkəs müzakirə edilməyib. Ancaq eskalasiyanın artması ilə bağlı fikir mübadiləsi aparılıb və qarşılıqlı şəkildə narahatlıq ifadə edilib"- Peskov jurnalistlərə bildirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB