İrandan İraqa ittiham: "Bağdad əldə olunan razılığa əməl etmir"

İrandan İraqa ittiham: "Bağdad əldə olunan razılığa əməl etmir"

Bağdad qum fırtınalarının qarşısının alınması ilə bağlı əldə olunan razılığa əməl etmir. Axar.az xəbər verir ki, bunu İranın Ətraf Mühitin Qorunması Təşkilatının rəhbəri Masum Ebtekar deyib. Qeyd edək ki, bir neçə gün əvvəl Xuzistan və Əhvaz vilayətlərində baş verən şiddətli qum fırtınası səbəbindən 218 insan xəstəxanaya yerləşdirilmişdi. Bölgədə kommunal xidmətlər kəsilmişdi.

Bu səbəbdən etiraza qalxan yerli əhali Ebtekar və valinin istefasını tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə