Terrorla mübarizə məsələsi Cenevredə davam edən Suriya müzakirələrinin gündəmində yer almalıdır. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Gennadi Qatilov deyib. "Terrorla mübarizə başlıca mövzudur. Təbii ki, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarında yer alan və müzakirəsi təklif edilən başqa mövzular kimi bu barədə də danışılmalı və gözardı edilməməlidir", - Qatilov bildirib.
Rusiya rəsmisi suriyalı nümayəndə heyətinin də bu cür düşündüyünü əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB