Şimali Koreyada ölkə lideri Kim Çen In üçün yanlış hesabat hazırlamaqda ittiham olunan xüsusi xidmət orqanlarının 5 yüksək vəzifəli əməkdaşının ölüm hökmləri icra edilib. Interfax informasiya agentliyi xəbər verir ki, Cənubi Koreya Respublikasının kəşfiyyatı hesabatın mövzusu və bu informasiyanın hansı yolla əldə olunması barədə məlumatı açıqlamayıb.
Xüsusi xidmət orqanlarının edam edilən əməkdaşlarının KXDR-in Dövlət Təhlükəsizlik Nazirliyi ilə əlaqəli olduqları bildirilir. Nazirliyin rəhbəri isə bu yaxınlarda korrupsiya, xidməti vəzifəsindən sui-istifadə və işgəncələrin tətbiqində ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB