Çavuşoğludan yunan həmkarına: "O dəcəl uşağa da ..."

Çavuşoğludan yunan həmkarına: "O dəcəl uşağa da ..."

Diqqət yetirdiyimizdə bənzər tərəflərimiz çoxdur. Lakin bir dəcəl uşağın bütün bunlara kölgə salmasına Yunanıstan icazə verməməlidir. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Kociasın fikirlərinə münasibət bildirərkən deyib. Çavuşoğlu Ankaranın Afina ilə münasibətlərə xüsusi önəm verdiyini bildirib: "Biz belə zehniyyətlə müzakirə apara bilmərik. Onlara güc göstərməyimizə ehtiyac da yoxdur. Türk əsgərinin yeri gələndə nə etmək lazım olduğunu ən yaxşı onlar bilir. Yəni hökumət bunu anlayır. O dəcəl (Nikos Kocias) uşağa da izah eləsinlər. Bizim səbrimizi yoxlamasınlar".

Qeyd edək ki, Yunanıstan XİN rəhbəri Nikos Kocias mütəmadi olaraq Türkiyənin suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxışlar edir.

Bütün xəbərlər Facebook səhifəmizdə