ABŞ-da Məscid yandırıldı

ABŞ-ın Florida ştatının Tampa şəhərində Yeni Tampa İslam Dərnəyinin nəzdində yerləşən məscid naməlum şəxslər tərəfindən yandırılıb. Axar.az xəbər verir ki, yerli vaxtla dünən 02:00-da başlayan yanğın nəticəsində məscidin yalnız ibadət bölməsi zərər görüb. Qeyd edək ki, hadisə zamanı içəridə heç kimin olmaması səbəbindən ölən, yaxud yaralanan olmayıb. Yerli hüquq-mühafizə orqanlarının artıq məsələ ilə bağlı araşdırmalara başladığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə