Tramp yenidən KİV-ləri tənqid etdi

Tramp yenidən KİV-ləri tənqid etdi

ABŞ prezidenti Donald Tramp yenidən ölkənin bəzi media orqanlarını tənqid edib. SİA-nın məlumatına görə, bu barədə Trapm öz "Twitter" səhifəsində yazıb.

O, CNN telekanalını, "New York Times" qəzetini yalan xəbərlər yaymaqda ittiham edib. Trampın sözlərinə görə, bilərəkdən yalan məlumatlar yayan KİV ABŞ üçün böyük təhlükədir: "New York Times CNN kimi öz yalanları ilə gülünc görünür. Kədərlidir!".

Qeyd edək ki, CNN, New York Times, Politico və Los Angeles Times nəşrlərinin jurnalistləri Ağ Evdə təşkil edilmiş brifinqə buraxılmayıblar. Daha əvvəl isə Trapm bu KİV-ləri ABŞ-ın düşməni adlandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə