Səlahəddin Dəmirtaşa 5 aylıq həbs cəzası...

Səlahəddin Dəmirtaşa 5 aylıq həbs cəzası...

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş 5 ay azadlıqdan məhrum edilib. Bu barədə Türkiyənin nüfuzlu "Hürriyet" qəzeti məlumat yayıb. Məlumata görə, Doğubayazıt Cəza Məhkəməsi S. Dəmirtaşın Türkiyə dövlətini, dövlətin qurum və orqanlarını təhqir etdiyi üçün 5 ay azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

Qeyd edək ki, HDP Türkiyə parlamentində millət vəkillərinin sayına görə 3-cü sıradadır. Bu gün Türkiyə Böyük Millət Məclisinin iclasında HDP-nin digər həmsədri Figen Yüksekdağ barədə məhkəmə hökmü təsdiqləndiyi üçün onun millət vəkili statusunu itirdiyi açıqlanıb. F. Yüksekdağ PKK terror təşkilatına yardım etməkdə ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə