Baş nazir: “Gürcüstan regional əməkdaşlığa böyük önəm verir

Baş nazir: “Gürcüstan regional əməkdaşlığa böyük önəm verir

"Gürcüstan regional əməkdaşlığa böyük önəm verir. Regional əməkdaşlıq Cənubi Qafqazda sabitliyin təmin olunmasında vacib mexanizmlərdən biridir". Gürcüstan hökuməti başçısının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri Baş nazir Georgi Kvirikaşvili Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debatlardakı çıxışı zamanı deyib.

Gürcüstan hökumətinin başçısı Azərbaycan-Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin buna ən parlaq misal olduğunu vurğulayıb. Bildirib ki, bizim "İpək yolu" iqtisadi zonası sayəsində, Avropa və Asiyanı bir-birinə bağlayan "Bir kəmər - bir yol" təşəbbüsü ilə yeni imkanlarımız var.

Bütün xəbərlər Facebook səhifəmizdə