14 nəfər donvurma nəticəsində ölüb

14 nəfər donvurma nəticəsində ölüb

Əfqanıstanın şimalında donvurma nəticəsində 14 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cauzcan əyalətinin Darzab dairəsində 5 çoban güclü qar yağışı və soyuqlar nəticəsində donaraq ölüb.

Sari-Pul əyalətində 5 nəfər, Badaxşan əyalətində 4 nəfər donvurmanın qurbanı olub. Ölənlər arasında uşaqlar da var.

Bütün xəbərlər Facebook səhifəmizdə