İranda gərginlik yaşanır

İranın Ahvaz bölgəsində Ruhani hökumətinə etiraz edən vətəndaşlar, küçələri müharibə bölgəsinə çevirdi. Bir neçə gündür başlayan etiraz aksiyalarına Ahvaz İnqilabı adı verilməyə başlanılıb. SİA Türkiyə KİV-nə istinadən xəbər verir ki, elektrik və su kəsintəri səbəbilə başlayan etirazlar, törədilən cinayətlərlə daha da qızışdı.

Ahvaz bölgəsinin Təhlükəsizlik xidmətinin rəhbərinin etirazçılar tərəfindən öldürülməsindən sonra artan gərginliklərdə zaman-zaman atışmalar yaşanır. Atışmaların yaşanmasından sonra hökümət bölgəyə əlavə dəstək göndərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə