Finlandiyanı Rusiya qorxusu bürüyüb: Ordunun sayı 280 minə çatdırılacaq
Finlandiya hökuməti müharibə olacağı təqdirdə ordunu 280 min nəfərə qədər artırmağa hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə informasiya Finlandiya hökumətinin müdafiə siyasəti ilə bağlı hesabatında yer alıb. Rəsmi Helsinki belə bir addımı Baltik regionunda gərginliyin artması ilə əlaqədar atdığını bildirib:
"Rusiya özünün dünya gücü statusunu gücləndirmək fikrindədir. Moskva artıq öz təsir zonalarından ibarət təhlükəsizlik sistemi yaratmaq istədiyini bəyan edib. Moskva həmçinin öz məqsədlərinə çatmaq üçün ordu və digər vasitələrdən də istifadə etməyə hazır olduğunu bildirib".
Qeyd edək ki, 2012-cı ildə Finlandiya ordusu 350 min nəfər olsa da, sonradan 230 min nəfərə qədər azaldılıb. Finlandiya NATO-ya üzv deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB