Britaniyalı nazir: “Rusiya NATO-nu parçalamağı planlaşdırır”

Britaniyalı nazir: “Rusiya NATO-nu parçalamağı planlaşdırır”

Rusiya NATO və Qərbdə tam şəkildə destabilizasiya yaratmağa cəhd edir. Bunu "Skay Nyus"a açıqlamasında Böyük Britaniya Müdafiə naziri Maykl Fellon söyləyib.

"Rusiya NATO-da fikir ayrılığı salmağa cəhd edir. Bu, onun əsas hədəfidir. Alyans bunu çox yaxşı anlayır. Rusiya aqressiyası, terrorizm və kibertəhdidlərə qarşı alyans bir cəbhədə dayanmalıdır. Siz Rusiyanın öz televiziyası vasitəsilə həyata keçirdiyi yumşaq təbliğatı görürsünüz. Öz KİV-ləri vasitəsilə onun Böyük Britaniyaya təsiri var. Biz çox diqqətli olmalıyıq", – Fellon bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə