Türkiyəyə təyin ediləcək yeni səfiri hələ ki, müəyyənləşdirməmişik. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. "Yeni səfirin təyin edilməsi məsələsi vaxtı çatdıqda gündəmə gələcək və həmin şəxsin kimliyi açıqlanacaq. Hazırda bununla bağlı heçnə deyə bilmərəm", - Ryabkov bildirib.
Qeyd edək ki, Türkiyənin Ankaradakı səfiri Andrey Karlov ötən ilin dekabrın 19-da sui-qəsd nəticəsində öldürülmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB