Dominikanda yerli radiostansiyanın canlı efiri zamanı jurnalistlər güllələnib. "RİA Novosti"nin yaydığı xəbərə görə, bir qrup şəxs studiyaya daxil olub və əməkdaşlara atəş açmağa başlayıb. Güllə səsləri onlayn yayıma da eşidilə biləcək səviyyədə düşüb.
Silahlı hücum zamanı aparıcı Luis Manuel Medina və prodüser Leo Martines ölüb, bir jurnalist isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hadisəni törədən 3 şəxs saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB