Lotereyada 1 milyon qazanan qız: Zənginlikdən bezmişəm

Lotereyada 1 milyon qazanan qız: Zənginlikdən bezmişəm

5 il öncə lotoreyadan 1 milyon sterlinq qazanaraq gündəmə gələn Ceyn Parkdan yeni xəbər var. Xarici KİV-lərin yazdığına görə, 21 yaşlı Ceyn pul qazandığı "Euromillions" şirkəti ilə bağlı iddia qaldırıb. Onun sözlərinə görə, o zaman 17 yaşı olan qıza bu cür böyük məbləğdə pul vermək düzgün deyildi.

Hazırdakı həyatının əvvəlkindən on dəfə pis olduğunu deyən Park zənginlikdən bezdiyini bildirib. Ceyn oğlanların ona yalnız pula görə yaxınlaşdığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə