İki avtobus toqquşdu, 11 nəfər öldü

İki avtobus toqquşdu, 11 nəfər öldü
Banqladeşdə iki sərnişin avtobusunun toqquşması nəticəsində 11 nəfər ölüb, 3 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə bu gün yerli vaxtla saat 09.00-da (Bakı vaxtı ilə 07.00) Narsinqdi dairəsində baş verib. Qəza zamanı 11 nəfər hadisə yerində həyatını itirib. Xəsarət alan 3 nəfərin durumu ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə