Rusiya daha əvvəl xeyli türk əsgərinin həyatını xilas edib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov deyib. O, rus qırıcılarının Əl Babda 3 türk əsgərini yanlışlıqla vurmasından dolayı dərin kədər hissi keçirdiyini bildirib:
"Bu, tragik hadisədir. Müttəfiqimiz Türkiyəyə qarşı təsadüfi hücumdur. Rusiya daha əvvəl xeyli türk əsgərinin həyatını xilas edib. Türklər uzun müddətdir ki, Əl Babı almaqda çətinlik çəkir. Bu səbəbdən rusları köməyə çağırdı. Beləliklə Rusiya türk əsgərlərinin həyatını xilas etdi".
Ekspert bildirib ki, bu hadisə Rusiya-Türkiyə münsibətlərinə təsir edə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB