İran İslam İnqilabının 38-ci ildönümü münasibətilə Tehranda bir milyondan çox insanın iştirakı ilə kütləvi yürüş keçirilib. Yürüşdə İranın dövlət və hökumət nümayəndələri də iştirak ediblər. Prezident Həsən Ruhani çıxış edərək bildirib ki, "Azadi" meydanına bir milyon insanın toplaşması İranı təhdid edənlərə tutarlı cavabdır.
H.Ruhani vurğulayıb ki, İran xalqı hər zaman İslam inqilabını qoruyacaq və İmam Xomeyninin ideyalarından imtina etməyəcək. Prezident İranın qonşu dövlətlərlə yaxın əlaqələr qurmaqda maraqlı olduğunu diqqətə çatdırıb və sülh siyasəti yürüdəcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB