Fransa polisi Paris terrorunda şübhəli bilinən üç kişi və 16 yaşlı bir qız olmaqla daha dörd nəfəri saxlayıb. BBC-nin verdiyi xəbərə görə, bu barədə Fransanın daxili işlər naziri Bruno Le Rouks məlumat verib. Onlardan 2015-ilin noyabrında Parisdə törədilən terror aktı zamanı hazırlanan bomba ilə eyni üsulla düzəldilən partlayıcılar götürülüb. Məlumatda saxlanılan qızın internet vasitəsilə ekstremist bəyanatlar da verdiyi bildirilir.
Xatırladaq ki, 2015-ci il noyabrın 13-də Parisdə törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Bu faciə Fransada ən qanlı terror aktı kimi tarixə düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB