Güclü qar BMT-nin mənzil-qərargahındakı işini dayandırdı

Güclü qar BMT-nin mənzil-qərargahındakı işini dayandırdı

ABŞ-ın şimal-şərqinə yağan güclü qar BMT-nin Nyu-Yorkdakı işini də iflic edib. Trend TASS-a istinadən xəbər verir ki, bu günə planlaşdırılmış bütün iclaslar, tədbirlər təxirə salınıb. Mənzil-qərargah ayın 10-a qədər işləməyəcək.

Qeyd edək ki, bu gün BMT Baş Assambleyasının terrorla mübarizəyə həsr olunmuş iclası keçirilməli idi.

Bütün xəbərlər Facebook səhifəmizdə