"Avropa Komissiyası qaçqınları qəbul etməyən Avropa İttifaqı ölkələrinə qarşı sanksiyaların tətbiqini müzakirə etmək niyyətindədir". SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu AK-nin birinci vitse-prezidenti Frans Timmermans deyib. O bildirib ki, mart ayında Yunanıstan və İtaliya ərazisində yerləşən qaçqınlarla bağlı proqramın icra edilməsi vəziyyətinə dair hesabatın açıqlanmasından sonra AK belə bir sanksiyalar barədə düşünə bilər: "Mart ayında 10-cu hesabat dərc ediləcək və bu, başqa variantların nəzərdən keçirilməsi üçün münasib zaman olacaq Avropa Komissiyası pozuntuların qarşısını almaq üçün prosedura başlaya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB