Türkiyə ötən il turizmdən 22 milyard dollar qazanıb

Türkiyə ötən il turizmdən 22 milyard dollar qazanıb

2016-cı ildə Türkiyədə turistlər 22,1 milyard dollar xərcləyib. Bu barədə Trend Türkiyə Statistika Komitəsinə (TÜİK) istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, turistlər qida məhsullarına 5 milyard dollardan çox, təyyarə uçuşlarına 3,3 milyard dollar xərcləyib. Bundan başqa, bir il ərzində Türkiyədə turistlər tərəfindən ayaqqabılara 2,61 milyard, suvenirlərə 1 milyard dollar xərclənib.

Bütün xəbərlər Facebook səhifəmizdə