Türkiyənin Çanakkale vilayətində ardıcıl baş verən zəlzələlər nəticəsində 298 ev uçub və zədələnib. SİA-nın Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık məlumat verib. "Ayvacık rayonunda 12 kənddə araşdırma apardıq. Təəssüf ki, 298 ev uçub və zədələnib. AFAD və Qızıl Aypara koordinasiyalı şəkildə kəndlərdə çadır şəhərciyi qurub.", - K.Kınık söyləyib. Bu gün yerli vaxtla saat 05:37-də Çanakkale vilayətinin Ayvacık rayonunda 5.2 maqnitudalı zəlzələ baş verib.
Yeraltı təkanların episentri 6,6 km dərinlikdə yerləşib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB