Suriya Prezidenti Bəşər Əsəd Türkiyənin Dəməşqlə bağlı siyasətindəki dəyişiklikləri müsbət qiymətləndirir. Axar.az xəbər verir ki, bu sözləri belçikalı keçmiş partiya lideri və federal millət vəkili Filip Devinter bildirib. Devinter vurğulayıb ki, buna baxmayarq, Prezident Rəcəb Tayyib Ərdoğana güvənsizlik hələ də qalır. Belçikalı parlamentarilər Suriyanı ziyarət edib. Səfər çərçivəsində Hələb və Hmeymimə gedən deputatlar Dəməşqdə Suriya lideri Bəşər Əsəd və Xarici İşlər naziri Vəlid Müəllim tərəfindən qəbul edilib.
Suriyanı dəstəkləyən ittifaqın getdikcə genişləndiyini vurğulayan Devinter İran və Rusiyadan sonra Türkiyənin də bu birliyə qoşulduğunu söyləyib. Ancaq Əsədin Türkiyə rəhbərliyinin Suriya hökumətini dəstəklədiyinə hələ də inanmadığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB