Kolumbiyada 5,7 bal gücündə zəlzələ olub

Kolumbiyada 5,7 bal gücündə zəlzələ olub

Kolumbiyanın mərkəzində 5,7 bal gücündə zəlzələ baş verib. APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Uila əyalətində, ocağı isə 37 km dərinlikdə yerləşib. Zəlzələ paytaxt Boqota daxil olmaqla, bir sıra iri yaşayış məntəqələrində hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə