Çində bir həftədir davam edən "Bahar bayramı" şənliklərində partladılan fişənglər səbəbindən 13 min 796 məntəqədə yanğın qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, atəşfəşanlıq və əyləncə fişənglərinin səbəb olduğu yanğınlarda 39 nəfərin öldüyü bildirilib.
Hüquq-mühafizə orqanlarının mübadilə mərkəzləri, məbədlər, meydanlar və sərgi sahələrində nəzarətləri gücləndirməsi nəticəsində itkilərin keçən ilin eyni dövrünə nisbətən 26,4 faiz, çıxan yanğın sayının 11,8 faiz aşağı düşdüyü qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB