Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın şimalında həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı zamanı İŞİD terror təşkilatının 51 üzvü öldürülüb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Türkiyə SQ Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, Suriyanın əl-Bab və Bzaqa bölgələrində keçirilən hava əməliyyatı və qarşıdurmalar nəticəsində məhv edilən terrorçular arasında İŞİD-in dörd əmiri də var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB