BMT rəhbəri də Trampa qarşı çıxdı: Bu fərmanlar ləğv edilsin

BMT rəhbəri də Trampa qarşı çıxdı: Bu fərmanlar ləğv edilsin

BMT baş katibi Antoniu Quterreş ABŞ prezidenti Donald Trampın miqrasiya fərmanlarını tənqid edib. Reuters agentliyinin verdiyi xəbərə görə, o, ABŞ-da tətbiq edilən son məhdudiyyətlərin terrorçulardan müdafiə üçün kifayət etmədiyini vurğulayıb. "Fərmanlar dini diskriminasiya xarakteri daşıyır, müasir cəmiyyətin prinsipləri və dəyərlərinə ziddir. Bu fərmanlar ləğv edilməlidir. Nə qədər tez, o qədər yaxşı", deyə Antoniu Quterreş bildirib.

Qeyd edək ki, D. Tramp ötən həftə İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə