NTV-nin müxbirləri Donetskdə atəşə tutulub

NTV-nin müxbirləri Donetskdə atəşə tutulub

Rusiyanın NTV televiziyasının və Donetsk Xəbər Agentliyinin müxbirləri qondarma Donetsk Xalq Respublikasında atəşə tutulub.

Axar.az xəbər verir ki, jurnalistlər Ukrayna ordusu tərəfindən açılan atəşə məruz qalıb. Ölən, yaxud xəsarət alanlarla bağlı məlumat yoxdur. Qeyd edək ki, dünəndən etibarən bölgədə hərbi əməliyyatlar aktivləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə