ABŞ-da sərxoş sürücü 9 nəfəri vurub

ABŞ-da sərxoş sürücü 9 nəfəri vurub

ABŞ-ın Kentukki ştatında ağır yol qəzası baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Luisvill şəhərində qeydə alınıb. Sərxoş sürücü avtomobil dayanacağında 9 piyadanı vurub. Hadisə nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 7-si xəstəxanaya yerləşdirilib. Yaralıların həyatlarına təhlükə olmadığı bildirilir. Sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə