Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə mart ayının əvvəllərində görüşəcək. Axar.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Ərdoğan və Putinin iştirakı ilə keçiriləcək Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının mart ayının əvvəllərində planlaşdırıldığını bildirib. Putin-Ərdoğan görüşünün olub-olmayacağına dair sualı cavablandıran Peskov qeyd edib: "Bəli, hazırda bu görüşün hazırlıqları görülür".
Qeyd edək ki, bir müddət öncə Türkiyə liderinin Moskvaya gedəcəyi barədə xəbərlər yayılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB