"Dünya gözəli" yarışmasının budəfəki qalibi 23 yaşlı fransalı İris Mittenar oldu. SİA "AP" agenrliyinə istinadən xəbər verir ki, hər il keçirilən müsabiqə bu dəfə Filippinin paytaxtı Manilada baş tutub.
Qeyd olunur ki, İris Fransanın Lill şəhərində yaşayır və stomatologiya üzrə təhsil alır. O, müsabiqə ilə bağlı ərizəsində qeyd edib ki, qələbə qazanacağı tədqirdə ağız boşluğnun gigiyenası istiqamətində fəal təbliğat aparmaq niyyətindədir.
Qələbə qazandıqdan sonra isə İris Mittenar ilk üçlükdə yer almağını özünə şərəf hesab edir və birinci yerə layiq görüldüyünə hələ də inanmağı gəlmir.
Bu dəfəki müsabiqədə 86 qız iştirak edib. Mittenar dünya gözəli tacını 2015-ci ilin gözəli – filippinli Pii Vurtsbaxdan alıb.
"Gözəllik insanın daxilində olur. Bunun üçün insan xoşməramlı olmalı və dəyərləri qiymətləndirməyi bacarmalıdır. Həmçinin, özünəinam hissini əldən verməməli və çatışmayan cəhətlərini etiraf etməlidir. Mən həmişə özümün üzərimdə işləyərkən bu amilləri nəzərə alıram ki, gözəl qalım"-deyə müsabiqənin qalibi açıqlamasında bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB