ABŞ-ı İranda təmsil edən İsveçrə səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, nazirliyin səlahiyyətli şəxsləri buna səbəb kimi ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqin 7 ölkəsi ilə bağlı imzaladığı sərəncamı göstəriblər. Nazirliyin sözçüsü Bəhram Qasımi bildirib ki, məsələ ilə bağlı səfirə xəbərdarlıq edilib:
"İsveçrəli səfirə İran vətəndaşının ABŞ-ın dəstəklədiyi terror qruplarının əməllərindən on illərdir ki, əziyyət çəkdiyini bildirdik. Vətəndaşlarımızın heç bir şəkildə terrorla əlaqəsinin olmadığını dedik. Vətəndaşlarımız seçdikləri cəmiyyətin qanunlarına ən çox hörmət göstərən şəxslər olaraq tanınır".
Qeyd edək ki, Trampın imzaladığı sənəddə Suriya, İraq, Liviya, İran, Sudan, Somali və Yəməndən ABŞ-a getmək istəyənlərə 90 gün viza verilməyəcəyi və Suriyadan ikinci təlimata qədər heç bir miqrantın alınmaması vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB