Qətər ABŞ Prezidenti Donald Trampın Suriyada təhlükəsiz bölgə yaratmaq təklifini dəstəkləyib. Axar.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmisi Əhməd Rumaihi QNA agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, rəsmi Doha bu təklifi məmnuniyyətlə qarşılayır.
Xatırladaq ki, Donald Tramp Suriyada təhlükəsizlik zona yaradacağını açıqlayıb. O, Avropanın milyonlarla miqrantı qəbul etməklə böyük səhvə yol verdiyini bildirib. Suriyada təhlükəsiz zona yaradılması ilə bağlı ilk təşəbbüs Türkiyə Prezidenti Ərdoğana məxsusdur. ABŞ-ın keçmiş prezidenti Barak Obama bu təşəbbüsə dəstək verməmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB