Danimarka parlamenti qondarma “soyqırım”ına dair qətnamə qəbul edib
Danimarka parlamenti qondarma "erməni soyqırımı" barədə qətnamə qəbul edib. SİA "aysor.am"a istinadən xəbər verir ki, qətnamə 89 nəfər lehinə, 9 nəfər əleyhinə, 11 nəfər bitərəf qalmaqla qəbul edilib.
Qeyd edək ki, qondarma "soyqırım"a dair layihə yanvarın 19-da müzakirəyə çıxarılıb. Danimarkanın xarici işlər naziri Anders Samuelsen parlamentdəki müzakirələrdə layihənin əleyhinə çıxış etmişdi. XİN rəhbəri bildirmişdir ki, "erməni soyqırımı" məsələsini tarixçilərin öhdəsinə buraxmaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB