ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini yenidən təsdiqləyib. Bu barədə D.Tramp "ABC" telekanalına müsahibəsində bəyan edib. "Meksika ilə sərhəddə divarın tikilməsinə bir müddətdən sonra, bir neçə aya başlanılacaq", deyə D.Tramp qeyd edib.
Qeyd edək ki, noyabrda D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB