Rusiya Ermənistana qaz tədarükünün həcmini azaldıb

Rusiya Ermənistana qaz tədarükünün həcmini azaldıb

Ötən il Rusiyadan Ermənistana qaz tədarükü 2,6 faiz azalıb. SİA-nın "news.am"a istinadən xəbərinə görə, bu barədə Rusiyanın baş naziri ilə Moskvada səfərdə olan Ermənistanın baş naziri Karen Karapetyan arasında keçirilən görüşdə vurğulanıb. Qeyd edilib ki, Rusiya qazı Gürcüstan ərazisindən Ermənistana ötürülür və Ermənistanın qaz təchizatı tam şəkildə Rusiyadan asılıdır. Qaz tədarükü 2016-cı ildə 1,87 mlrd. kub metr təşkil edib, 2015-ci ildə isə bu rəqəm 1,92 mlrd.kub metr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə