Braziliyanın Quaruja kurort şəhərində yerləşən hotellərin birində partlayış baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 2 nəfər xəsarət alıb. İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub. Partlayışdan sonra baş verən yanğın söndürülüb. Yaralılar xəstəxanaya çatdırılıb. Qeyd edək ki, okean sahilində yerləşən Quaruja Braziliyanın ən məşhur istirahət mərkəzlərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB