“FETO ilə bağlı nəzarətə götürülənlər vəkilləri ilə görüşə biləcək”

“FETO ilə bağlı nəzarətə götürülənlər vəkilləri ilə görüşə biləcək”

"Türkiyədə Fövqəladə vəziyyətlə bağlı qəbul edilən qərarla əlaqədar 7 nəfərdən ibarət etiraz komissiyası yaradılıb və 2 illik fəaliyyət nəzərdə tutulub. Bu müddət çatışmazlıqların aradan qaldırılması, qəbul edilən səhv qərarların düzəldilməsi üçün nəzərdə tutulub. Prosesin obyektiv və müvəffəqiyyətli şəkildə davam edəcəyinə inanırıq". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Baş nazirin müavini Numan Kurtulmuş deyib.

Nəzarət müddətinin 30 gündən 7 günə endirildiyini deyən Baş nazirinin müavini bildirib ki, xüsusilə FETO ilə bağlı olanların nəzarət və təqib ilə əlaqədar qəbul olunan qərara əsasən bundan sonra onlara vəkilləri ilə görüş imkanı veriləcək: "Verilən fərmanlara əsasən 367 nəfər ictimai vəzifəsindən uzaqlaşdırılıb, 124 nəfər isə vəzifəyə qaytarılıb".

N. Kurtuluş həmçinin qeyd edib ki, terrorla mübarizədə 19 min nəfər veteran maaşı alacaq: "Bütün veteranlarımız bu işin əhatəsinə alınıb. Bununla bağlı 4 dən çox qərar qəbul edilib".

Baş nazirinin müavini ABŞ-ın yeni prezidenti Donald Tramp dövründə Fətullah Gülənin ektradasiyası məsələsinə də münasibət bildirib: " Tramp dövründə də FETO-nun geri alınması ilə bağlı tələblərimizi irəli sürəcəyik. Davamlı olaraq yeni dəlillər, tapıntılar ortaya çıxararaq ABŞ orqanlarına göndəriləcək. Lakin ABŞ quldurbaşını seçəcək, yoxsa Türkiyəni? Yeni dövr açılıb və nəticə əldə edəcəyimizi düşünürük".

Bütün xəbərlər Facebook səhifəmizdə