Referendum nə vaxt keçiriləcək? hökumətdən cavab

Referendum nə vaxt keçiriləcək? hökumətdən cavab

"Mövcud Konstitusiya dəyişiklik paketi rejim dəyişikliyi ilə əlaqədar deyil. Bu, bir sistem dəyişikliyi məsələsidir". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamalarda deyib. O bildirib ki, sözügedən dəyişikliklər Prezidentlik sistemində daha təsirli icra mexanizminin formalaşmasına xidmət edəcək: "Konstitusiyaya təklif olunan dəyişikliklərdə suverenliklə bağlı heç bir məsələ yer almır. Türkiyə Respublikası rejimlə bağlı məsələlərə 1923-cü ildə son qoyub, hazırda demokratik, hüquqi, dünyəvi dövlətdir".

N. Kurtuluş Referendumun nə zaman keçiriləcəyi sualına isə belə cavab verib: "Referendumun keçirilməsi ilə bağlı qərarı ilk öncə dövlət başçısı təsdiqləməlidir. Qərar rəsmi qəzetdə nəşr edildikdən 60 gün sonra Türkiyədə Referendum keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə