22 terrorçu məhv edilib

Türkiyənin Hərbi-Hava Qüvvələri PKK-nın İraqın şimalındakı mövqelərinə zərbələr endirib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, hücum nəticəsində 22 terrorçu məhv edilib.

Xəbərə görə, yanvarın 18-də Qəndil dağı bölgəsində əməliyyat zamanı 13 terrorçu məhv edilib, 9-u yaralanıb.

Türkiyə Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, əməliyyat nəticəsində terrorçulara aid 8 hədəf məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə