Moskvada atışma oldu, iki polis yaralandı

Moskvada atışma oldu, iki polis yaralandı

Dünən axşam Moskvada naməlum şəxs travmatik tapançadan atəş açaraq iki polis əməkdaşını yaralayıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident oğurluqda şübhəli bilinən şəxsin polis əməkdaşları tərəfindən saxlanılması zamanı baş verib. Şübhəli şəxs sərt müqavimət göstərərək, asayiş keşikçilərinə atəş açıb və hadisə yerindən qaçıb. Onun müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə